Vaqif Cavadov hamıdan çox çalışdı
03.09.2013 - 23:03
“İnStat Football” şirkəti “İnter”in futbolçularının Topaz Premyer Liqasının V turunun “Simurq”la oyunundakı fiziki fəallığı haqqında məlumat tərtib edib. Apasport.az saytının xəbərinə görə, “bankirlər”in oyun ərzində ümumilikdə 119,5 km məsafə qət etdiyi müəyyənləşib.
Bu göstəricidə 1-ci yeri isə Vaqif Cavadov tutub. Onun yaxın izləyicisi makedoniyalı Slavço Georgiyevskidir. İlqar Ələkbərov isə bu siyahıda 3-cü yerdə qərarlaşıb.
Bu göstəricidə 1-ci yeri isə Vaqif Cavadov tutub. Onun yaxın izləyicisi makedoniyalı Slavço Georgiyevskidir. İlqar Ələkbərov isə bu siyahıda 3-cü yerdə qərarlaşıb.
1 | Vaqif Cavadov | 12453 m |
2 | Slavço Georgiyevski | 11930 m |
3 | İlqar Ələkbərov | 11912 m |
4 | Ruslan Əmircanov | 11803 m |
5 | Matiya Şpiçiç | 11498 m |
0
0