Karyerasında ilk dəfə penalti qaçırdı - VİDEO
24.09.2013 - 00:11
Karyerasında ilk dəfə penalti qaçırdı - VİDEO
İtaliya A Seriyasının IV turu çərçivəsində “Milan” doğma arenada “Napoli”yə 2:1 hesabı ilə məğlub olub. Apasport.az saytının məlumatına görə, matçda ən diqqət çəkən məqam isə ev sahibi komandanın futbolçusu Mario Balotellinin penaltini qaçırması olub.

Belə ki, çıxış etdiyi komandalarda penalti vuruşlarını ən çox yerinə yetirən futbolçu olan italiyalı hücumçunun bu dəfə bəxti gətirməyib və bu hadisə onun karyerasında ilk dəfə yaşanıb.