“Böyük oyun”da “Neftçi” üçün “sərfəli” hakim
31.10.2013 - 13:13
Topaz Premyer Liqasının XII turunda keçiriləcək “Neftçi” - “Xəzər Lənkəran” qarşılaşmasının baş hakimi Orxan Məmmədov cari mövsümdə 6-cı oyununu idarə edəcək. Apasport.az saytının məlumatına görə, sabiq FİFA laynsmanı “Böyük oyun” iştirakçılarının görüşündə də fit çalıb.
Məmmədov 1 dəfə “Neftçi”nin, 1 dəfə də “Xəzər Lənkəran”ın matçında iş başında olub. Referi yalnız bakılılar üçün düşərli olub. Belə ki, oktyabrın 19-da onun idarə etdiyi matçda “Neftçi” “Rəvan” üzərində 2:1 hesablı əzmkar qələbə qazanıb.
Sentyabrın 27-də Lənkəranda “İnter”in qələbəsinə şahidlik edən Məmmədovun ayağı meydan sahiblərinə düşərli olmayıb. Bakılılar “Xəzər Lənkəran”ı erkən qolla məğlub edib – 1:0. Məmmədov bu görüşlərdə “Neftçi”yə 2, cənublulara 1 sarı vərəqə də verib.
Ümumiyyətlə, Məmmədovun təyinat aldığı son çempionat matçı “Xəzər Lənkəran”ın iştirakı ilə olub. O, cənubluların öz meydanında “Qarabağ”a 0:3 hesabı ilə uduzduğu görüşdə əlavə köməkçi hakim kimi qapı arxasında durub.
Qeyd edək ki, Məmmədovun fit çaldığı 5 oyunda heç-heçə qeydə alınmayıb.

- “Trabzonspor”dan Vitor Pereyra həmləsi – Danışıqlar başlayıb
- Türk Hava Yolları “Liverpul”a sponsor oldu - 5 il üçün 300 milyon funt
- “Göztepe”nin qapıçısından azarkeşlərə təhdid: “Bir gün küçədə qarşılaşacağıq”
- “Real”da Arda Güler problemi – “Mbappe və Vinisiusdan qorxur”
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
0
0