AFFA Mişeli cəzalandırdı
24.12.2013 - 12:40
AFFA-nın İntizam Komitəsi “Qəbələ”, “Bakı” və “Rəvan” klublarını cəzalandırıb. Apasport.az saytının məlumatına görə, komitə üzvləri Topaz Premyer Liqasının XVIII turunda yaşananlar üzündən 3 klubu cərimələməyi lazım bilib.
“Bakı” ilə ev oyununda 5 futbolçusu sarı vərəqə ilə cəzalanan “Qəbələ” 1000 manat cərimələnib. “Bakı” isə gənc futbolçusu Şəhriyar Əliyev üzündən xərcə düşüb. Matçın 90+2-ci dəqiqəsində ikinci sarı vərəqə alan müdafiəçi 1 oyunluq cəzalanıb və bakılıları 200 manat xərcə salıb.
“Simurq”la qarşılaşmanın 59-cu dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan Mişel Balokoqun cəzası daha ağır olub. “Rəvan” 2000 manat ziyana salan legioner özü 2 oyunluq cəzaya layiq görülüb.
Mənbə: pfl.az

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0