“Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
09.09.2026 - 12:01
“Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək

“Göztəpə” qapıçısı Luka Quqeşaşvili ilə bağlı intizam proseduruna başlayıb.

Apasport.az xəbər verir ki, buna “Qaziantep”lə keçirilən matçdan sonra yaşanan hadisələr səbəb olub.

İzmir təmsilçisi rəsmi açıqlamasında gürcüstanlı qapıçının intizam prosesi başa çatanadək əsas komandadan ayrı məşq edəcəyini bildirib:

“Peşəkar Futbol A komandamızın oyunçusu Luka Quqeşaşvili ilə bağlı ötən axşam keçirilən “Qaziantep” matçından sonra yaşanan hadisələr səbəbindən klubumuz tərəfindən intizam prosesi başladılıb. Proses yekunlaşana qədər futbolçumuz komandadan ayrı məşq edəcək”.

Qeyd edək ki, Luka Quqeşaşvili “Qaziantep”lə qarşılaşmadan (2:4) sonra “Göztəpə” azarkeşlərinin etirazı ilə üzləşib.