Millimiz yenə geriləyəcək
24.12.2013 - 18:15
Azərbaycan millisi 2014-cü ilə FİFA reytinqində geriləmə ilə başlayacaq. Apasport.az saytının məlumatına görə, gələn il yanvarın 16-da açıqlanacaq siyahıda komandamızın 95-ci pillədə olacağı gözlənilir.
Dekabrın 19-da bu siyahıda Estoniya ilə birlikdə 94-cü pillədə qərarlaşan yığmamız Baltikyanı ölkə təmsilçisindən geri qalacaq.
İki siyahı arasında olan 4 həftəlik vaxtda heç bir rəsmi oyunu olmayan millimizin xal hesabı dəyişməz qalacaq – 363 xal. Lakin Estoniya yığması hesabına daha 3 xal əlavə etməklə, 94-cü yerin vahid sahibi olduğundan komandamız geriləyəcək. Noyabrda 93-cü olub indi 94-cü pillədə qərarlaşan komandamız enişini gələn ilin startında da davam etdirəcək.
Qeyd edək ki, ilin sonunda çox az sayda oyun keçirildiyindən siyahıda ciddi dəyişikliklər gözlənilmir. İspaniya (1507), Almaniya (1318) və Argentina (1251) milliləri siyahının ilk 3 pilləsində qərarlaşıb.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0