“Liverpul”un sabiq forvardı Türkiyənin I divizionunda çıxış edə bilər
25.12.2013 - 01:55
Bir vaxtlar İngiltərə nəhəngi “Liverpul”da çıxış edən Cibril Sisse karyerasını Türkiyə birinci divizionunda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, bu barədə Fransa mətbuatı xəbər yayıb.
Belə ki, hazırda Rusiya “Kuban”ında çıxış edən 32 yaşlı hücumçu “Karşıyaka”nın transfer hədəfindədir. Amma fransalı futbolçunun yenidən milli komanda ilə dünya çempionatında çıxış etmək üçün daha səviyyəli klubda forma geymək istədiyi deyilir.
Qeyd edək ki, Sisse karyerası ərzində “Liverpul” (2004-2006), “Marsel” (2006-2009), “Latsio” (2011-2012) kimi klubların şərəfini qoruyub. Bu yay “Kuban”a keçən futbolçu 15 oyunda iştirak edib və 4 qol, 1 qol ötürməsi ilə fərqlənib.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0