Bertuççi “Neftçi”dən gedir: Bir də belə risk etmərəm
25.12.2013 - 12:50
“Braziliyaya qayıtmaq fikrindəyəm. Bu istəyim çox böyükdür”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin müdafiəçisi Bruno Bertuççi deyib.
4 ildir Avropada legioner həyatı yaşayan cinah oyunçusu “ağ-qaralar”ın sıralarını tərk etmək, vətəni Braziliya çempionatında oynamaq və öz oyununu göstərmək arzusundadır: “Bunun yaxın müddətdə olacağını iddia edə bilmərəm. Lakin bir gözəl gündə qayıdışım reallaşacaq. Vətənə kifayət qədər təcrübə ilə dönəcəm”.
Braziliya mətbuatına müsahibəsində Bertuççi Azərbaycanda gördüyü inkişafdan bəhs edib: “Azərbaycan müsəlman ölkəsidir. Braziliya ilə əsas fərq də onların dini baxışlarıdır. Lakin bura uyğunlaşmaq asandır. Nəyin düzgün, nəyin düzgün olmadığını öyrənmək də çətin deyil. Azərbaycan böyük sürətlə inkişaf edir. Paytaxt Bakı dünya səviyyəli, çox gözəl şəhərdir. Şəhər kimi futbol da inkişafdadır. Milli çempionatda ildən ilə rəqabət böyüyür. İnvestisiya qoyuluşunun bu tempi ilə 10 ilə Azərbaycan çempionatı Şərqi Avropada böyük bazara çevriləcək”.
Ölkəmizə gələnədək İsveçrə və Türkiyədə də legioner həyatı yaşamış Bruno Avropada başına gələnləri də yada salıb: “Braziliyadan kənarda rastlaşdığım ən maraqlı hadisə İsveçrədə oynadığım vaxt gerçəkləşib. İlk dəfə qar görürdüm. Sevindiyimdən küçəyə qaçıb, əlimə götürdüm. Əlcəksiz olduğumdan barmaqlarım keyləşdi. İçəri qaçıb isti duşun altına girdim. Bir də belə risk eləmərəm”.

- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0