100-cü oyunda məğlubiyyət – Premyer Liqada
26.04.2021 - 12:37
“Səbail” Premyer Liqada 100-cü oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, yubiley XXIV turun “Keşlə” ilə matçına təsadüf edib.
Aftandil Hacıyevin yetirmələri səfər matçında 0:1 hesabı ilə uduzub. Bu, 2017/18 mövsümündən Premyer Liqada çıxış edən “Səbail”in 100-cü matçda aldığı 49-cu məğlubiyyət olub. Komandanın aktivində 27 qələbə və 24 heç-heçə var. 83 qol vuran paytaxt təmsilçisi 141 top buraxıb.
Qeyd edək ki, “Səbail”in ilk oyunu 2017-ci il avqustun 13-nə təsadüf edib. “Zirə”nin qonağı olan komanda 1:2 hesabı ilə uduzub.
- “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu
- Sergen Yalçının zənglərinə cavab verməyən futbolçular – TFF-dən açıqlama
- Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi
- “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir
- “Barselona” Ferminin qiymətini müəyyənləşdirdi
0
0