İtaliyanın “İnter” klubu Lorenso İnsinyenin transferi ilə bağlı “Napoli”yə təklif hazırlayıb.
Apasport.az saytının məlumatına görə, Milan təmsilçisi yarımmüdafiəçi üçün 15 milyon avro ödəməyə razıdır.
“İnter” bu məbləğlə birlikdə Aleksis Sançesi də Neapol klubuna göndərməyə hazırdır. Lorensonun özünə isə illik 6 milyon avro təklif ediləcək.
“Napoli” isə Sançesin xidmətində maraqlı deyil. Çünki ildə 7 milyon avro qazanan futbolçunun maaşı neapolluları qane etmir. Bu üzdən klub İnsinyenin keçidindən 30 milyon avro qazanmaq istəyir.
Əgər tərəflər arasında razılıq əldə edilməsə, milanlılar danışıqlara yanvarda başlayacaq və Lorensonu azad agent kimi ələ keçirməyə çalışacaq. Onun indiki klubu ilə müqaviləsi gələn yay başa çatacaq.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı