“Milan”ın hücumçusu Rafael Leao uğrunda mübarizəyə “Mançester Yunayted” də qoşulub.
Apasport.az saytının məlumatına görə, bir müddətdir Portuqaliya millisinin üzvü ilə maraqlanan Premyer Liqa təmsilçisi artıq rəsmi danışığa başlayıb.
Ancaq bu, “qırmızı şeytanlar” üçün heç də asan olmayacaq. Çünki 23 yaşlı forvard “Çelsi” və PSJ-nin də maraq dairəsindədir. Üstəlik, bu klublar keçidin reallaşması üçün 150 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Rafael Leao “Milan”a 2019-cu ildə 29,5 milyon avro qarşılığında “Lill”dən keçib. Onun “rossonyerlər”lə müqaviləsi 2024-cü ilin yayına qədərdir.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA