18 ilin antirekordu – “Barselona”dan
24.09.2021 - 09:16
İspaniyanın “Barselona” klubu La Liqada “Kadis”lə qolsuz heç-heçə edib.
Apasport.az saytının məlumatına görə, bununla da Ronald Kumanın yetirmələri son 18 ilin antirekorduna imza atıb.
Barselonalılar startdakı 5 matçda cəmi 8 qol vurub. Komandanın belə aşağı məhsuldarlığına sonuncu dəfə 2003/04 mövsümündə təsadüf olunub.
18 il əvvəlki göstərici daha aşağı olub. Həmin vaxt “Barselona” 5 oyunda 5 qol vurub.
0
0