Fransa millisinin futbolçusu Antuan Qrizmannın taleyinə tezliklə aydınlıq gəlməlidir.
Apasport.az saytının məlumatına görə, “Barselona” hücumçunu DÇ-2022-nin startına qədər satmağı planlaşdırır.
“Atletiko”da icarədə olan hücumçu Xavinin növbəti mövsüm üçün də planlarına daxil deyil. Bu üzdən 2023-cü ilin yayında icarəsi başa çatacaq Antuanln satılması zəruridir.
Onun icarə müqaviləsində satış qiyməti 40 milyon avro kimi göstərilib. Bu da “Atletiko”nu qane etmir. Oyunçusunu satmaq fikri qəti olan “Barselona” güzəştə hazırdır. Keçidin 20 milyona reallaşacağı gözlənilir.
Qeyd edək ki, “Atletiko” hücumçunu almamaq üçün 9 oyundan 8-də onu 60-cı dəqiqədən sonra meydana buraxıb.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"