20 yaşlı futbolçu Premyer Liqa klubunda - RƏSMİ
20.01.2026 - 18:23
İngiltərə Premyer Liqa təmsilçisi "Bornmut" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Ferentsvaroş"dan Aleks Totu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Razılaşmaya əsasən, "Bornmut" 20 yaşlı futbolçu üçün Macarıstan klubuna 12 milyon avro ödəyib. Macarıstan millisinin üzvü ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Aleks Tot bu mövsüm "Ferentsvaroş"un heyətində meydana çıxdığı 25 rəsmi matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
- Rafa Silva “Benfika” ilə anlaşıb: Sabah Lissabona gedəcək
- Dennis Şmitt: "Ayntraxt" "Qarabağ"la matçda yaxşı oyun sərgiləyə bilər"
- "Arsenal" İngiltərə millisinin üzvünü icarəyə verir
- “Beşiktaş” Tammy Abraham transferində “Aston Villa” ilə razılığa yaxındır
- Lukas Torreyra: "Heç bir futbolçu "Qalatasaray"dan üstün deyil”
0
0