ESPN telekanalı 2021-ci ildə dünyanın ən yaxşı futbolçuları və məşqçilərindən ibarət “Top-100” dərc edib.
Apasport.az saytının məlumatına görə, mövqelərinə uyğun nominasiyalarda birinci yeri tutanlardan ibarət “10-luq” formalaşdırılıb.
Kriştiano Ronaldo, Kilian Mbappe, Federiko Kyeza və Manuel Noyer kimi ulduzlar siyahıya düşməyib. Ümumilikdə 9 oyunçunun seçildiyi heyətdə “10-luğ”u bir baş məşqçi tamamlayıb.
Simvolik komanda aşağıdakı kimidir:
Qapıçı: Yan Oblak (“Atletiko”)
Mərkəz müdafiəçisi: Ruben Diaş (“Mançester Siti”)
Sol cinah müdafiəçisi: Endryu Robertson (“Liverpul”)
Sağ cinah müdafiəçisi: Əşrəf Hakimi (“İnter”/PSJ)
Dayaq yarımmüdafiəçisi: Nqolo Kante (“Çelsi”)
Pleymeyker: Kevin De Bruyne (“Mançester Siti”)
Vinger: Sadio Mane (“Liverpul”)
Hücumçu: Lionel Messi (“Barselona”/PSJ)
Mərkəz hücumçusu: Robert Levandovski (“Bavariya”)
Baş məşqçi: Tomas Tuxel (“Çelsi”)
- “Real”ın sabiq kapitanı “Xetafe”yə keçdi – RƏSMİ
- “Sabah”ın rəqibi baş məşqçisi ilə müqaviləni yenilədi
- PSJ “Mançester Yunayted”in müdafiəçisini transfer etmək istəyir
- "Sabah" - "Slaviya" və "Qalatasaray" - "Barselona" matçları bu kanallarda - TV AFİŞA
- “Samsunspor” baş məşqçisi ilə yollarını ayırdı – RƏSMİ