“Qarabağ”ın futbolçusu Qara Qarayev Azərbaycan Premyer Liqasında 250-ci oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, yubiley XX turun “Sabah”la görüşünə (2:0) təsadüf edib.
Bu matçadək 249 qarşılaşmada iştirak edən yarımmüdafiəçi keçirdiyi 250 oyunda 3 qol vurub. Qara ölkə çempionatlarında yalnız bir klubun formasını geyinib. O, “Qarabağ”ın heyətində 250 çempionat görüşünə çıxan 3-cü futbolçu olub. Onadək yalnız Maksim Medvedevlə Aslan Kərimov bunu bacarıb.
Qeyd edək ki, Qarayev Azərbaycan çempionatında 2008/09 mövsümündə debüt edib. O, 2009-cu il aprelin 11-də “Muğan”la səfər görüşünün (2:1) uzatma dəqiqələrində meydana çıxıb.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə