Xorvatiya millisinin kapitanı Luka Modriç karyerasını bitirmək niyyətində deyil.
Apasport.az saytının məlumatına görə, 36 yaşlı yarımmüdafiəçi daha bir neçə il “kral klubu”nun formasını geyinməyi düşünür.
Mayda klubu ilə yeni 1 illik müqavilə imzalayan Modriçin əsas məqsədi gələn il Qətərdə keçiriləcək dünya çempionatında iştirak etməkdir. Futbolçu eyni zamanda “Real”la daha 1 illik yeni saziş bağlamaq arzusundadır. Əgər yeni müqavilə məsələsində tərəflər razılığa gələ bilməsə, Modriç ABŞ variantına üstünlük verəcək.
Qeyd edək ki, Luka Modriç 2012-ci ildən “Real”ın formasını geyinir.