600-ə çatdı - “Arsenal”
27.09.2021 - 14:47
“Arsenal” İngiltərə Premyer Liqasında 600-cü qələbəsini qazanıb.
Apasport.az saytının məlumatına görə, bu, VI turun “Tottenhem”lə görüşünə təsadüf edib.
London derbisindəki 3:1 hesablı qələbə “topçular”ın 600-cü uğuru olub. Bu, Premyer Liqa tarixində 3-cü göstəricidir.
Rekord “Mançester Yunayted”ə məxsusdur – 691 qələbə. İkinci olan “Çelsi”nin aktivində 601 qalibiyyət var.
0
0