80 milyonluq transfer satılacaq
01.10.2022 - 23:34
Hücumçu Kay Haverts “Çelsi”ni tərk edə bilər.
Apasport.az saytının məlumatına görə, bu, almaniyalı ön xətt oyunçusunun cari mövsümdəki performansından asılı olacaq.
23 yaşlı futbolçu indiki passiv çıxışını davam etdirəcəyi təqdirdə, mövsümün sonunda “zadəganlar” onun üçün gələn təklifləri dəyərləndirəcək. Almaniya millisinin üzvü 2020-ci ildə “Bayer”dən 80 milyon avroya transfer edilib.
Qeyd edək ki, Kay Haverts bu mövsüm “Çelsi”nin heyətində 8 oyunda 1 qol vurub.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0