A seriyasında 100-ə çatan ilk kolumbiyalı
18.10.2021 - 00:37
"Atalanta"nın hücumçusu Duvan Zapata tarixi nailiyyətə imza atıb.
Apasport.az saytının məlumatına görə, 30 yaşlı forvard Aseriyasının VIII turunda "Empoli" ilə matçda buna nail olub.
Komandasının səfərdə 4:1 hesablı qələbəsinə qarşılaşmada son nöqtəni qoyaraq töhfə verən Zapata A seriyasında qollarının sayını 100-ə çatdırıb. Bununla o, İtaliya yüksək liqasında 100 qol həddinə çatan ilk kolumbiyalı kimi tarixə düşüb.
Qeyd edək ki, Zapata bir müddət əvvəl mövsümün sonunda komandasını dəyişmək istədiyini açıqlayıb.
0
0