ABŞ fonduna satıldı – A seriyası klubu
23.09.2021 - 14:21
İtaliya klubu “Cenoa” sahibini dəyişib.
Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, A seriyası təmsilçisi ABŞ fonduna satılıb.
Xəbərdə bildirilib ki, genuyalıların hazırkı sahibi Enriko Pretsiozi bununla bağlı amerikalılarla razılığa gəlib. Tezliklə rəsmi məlumatın verilməsi gözlənilir.
Qeyd edək ki, “Cenoa” A seriyasında 5 turdan sonra 4 xalla 16-cı pillədə yer alır.
0
0