Kiprlilər AEL-in Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ” səddini keçəcəyinə inanır.
Apasport.az saytının məlumatına görə, yerli mətbuatın apardığı sorğuda iştirak edənlərin 68 faizi Limassol təmsilçisini pley-offda görür.
Respondentlərin 43 faizi hesab edir ki, AEL-in Bakıda baş tutacaq cavab matçında qələbə qazanmasına 90 dəqiqə kifayət edəcək. 12 faiz kiprlilərin əlavə edilmiş dəqiqələrdə qol vuraraq qalib gələcəyinə, 13 faiz isə penaltilər seriyasında “Qarabağ”ı üstələyəcəyinə inanır.
Qeyd edək ki, cavab oyunu avqustun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Kiprdəki ilk görüşdə 1:1 hesabı qeydə alınıb.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı