Aparıcı futbolçusunu itirdi – “Barselona”
22.04.2021 - 17:52
“Barselona” yarımmüdafiəçisi Usman Dembeleni itirib.
Apasport.az saytının məlumatına görə, fransalı hücumameyilli futbolçunun qasıq nahiyəsində ağrıları var.
Həkim müayinəsindən sonra 24 yaşlı oyunçunun La Liqanın XXXI turunda “Xetafe” ilə bu gün keçiriləcək oyunda iştirakının mümkün olmadığı müəyyənləşib. Bu səbəbdən baş məşqçi Ronald Kuman onu qarşılaşmanın iştirak ərizəsinə salmayıb. Dembelenin nə zaman sıraya dönəcəyi hələlik məlum deyil.
Qeyd edək ki, “Barselona” – “Xetafe” oyunu Bakı vaxtı ilə 00:00-da başlayacaq.
- “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu
- Sergen Yalçının zənglərinə cavab verməyən futbolçular – TFF-dən açıqlama
- Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi
- “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir
- “Barselona” Ferminin qiymətini müəyyənləşdirdi
0
0