“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo Premyer Liqa çərçivəsində son iki ev matçında het-trik etməklə tarixə düşüb.
Apasport.az saytının məlumatına görə, “Tottenhem” və “Norviç”lə görüşlərdə rəqib qapısından 3 top keçirərək komandasına kritik qələbə qazandıran portuqaliyalı forvard Premyer Liqa tarixində bunu bacaran 6-cı futbolçu olub.
İngiltərə çempionatında ardıcıl iki ev oyununda het-trikə imza atan oyunçular bunlardır:
Alan Şirer (“Blekbörn”) - 1995
Rəqiblər: “Nottingem Forest”, “Vest Hem”
Tyerri Anri (“Arsenal”) – 2004
Rəqiblər: “Liverpul”, “Lids”
Fernando Torres (“Liverpul”) – 2008
Rəqiblər: “Midlsbro”, “Vest Hem”
Didye Droqba (“Çelsi”) – 2010
Rəqiblər: “Viqan”, “Vest Bromviç”
Serxio Aquero (“Mançester Siti”) – 2019
Rəqiblər: “Arsenal”, “Çelsi”
Kriştiano Ronaldo (“Mançester Yunayted”) – 2022
Rəqiblər: “Tottenhem”, “Norviç”
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”