Azarkeşlər tribunaya buraxılacaq – kubokun finalında
14.03.2021 - 14:49
İngiltərə hökuməti tamaşaçıların tribunalara dönüşünü sınaqdan keçirmək üçün onların qəbul ediləcəyi idman tədbirlərinin siyahısını hazırlayıb.
Apasport.az saytının məlumatına görə, tamaşaçının iştirakı ilə baş tutacaq tədbirlər arasında İngiltərə kubokunun final oyunu da var.
Hökumət Londondakı “Uembli” stadionunda baş tutacaq həlledici matçda 20 minədək azarkeşin tribunalara buraxılmasına icazə verib. İngiltərə kubokunun finalı mayın 15-də olacaq.
Qeyd edək ki, martın 20-21-də turnirdə 1/4 final görüşləri keçiriləcək.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0