Azərbaycan futbol tarixində ilk dəfə eyni klub üç müxtəlif avrokubok turnirində iştirak edəcək.
Apasport.az saytının məlumatına görə, bunun müəllifi “Neftçi”dir.
Mövsümə Çempionlar Liqasında başlayan, yoluna Avropa Liqasında davam edən Bakı klubu Konfrans Liqasına yuvarlanıb.
Öz ölkəsinin çempionlarına 2 dəfə uduzmaq şansı məhz cari mövsümdən verilib. Bundan yararlanan ilk Azərbaycan klubu da “Neftçi” olub.
Samir Abasovun yetirmələri Çempionlar Liqasının I təsnifat mərhələsində “Dinamo”nu (Tbilisi, Gürcüstan) keçsə də, II təsnifat mərhələsində “Olimpiakos” (Yunanıstan) önündə aciz qalıb. Avropa Liqasının III təsnifat mərhələsində isə “ağ-qaralar”ı Finlandiya HİK-i digər turnirə yola salıb.
Qeyd edək ki, əvvəlki illərdə çempionumuz uduzaraq Avropa Liqasına düşərək iki turnirdə oynamaq imkanı qazanırdı.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı