Belçikalı futbolçu Sabir Burqin qış fasiləsində "Neftçi" ilə yollarını ayıracaq.
Apasport.az saytının məlumatına görə, son ölkə çempionu 2-ci mövsümdür heyətində çıxış edən 25 yaşlı yarımmüdafiəçisini satacaq.
Müqaviləsi gələn yay bitəcək Buqrin ölkəmizdən gedəcəyini hazırkı klubuna deyib. Mərakeş əsilli futbolçu karyerasını vətəndaşı olduğu Belçikada davam etdirmək fikrindədir. Hazırda bu ölkənin bir neçə klubuyla danışıqlar gedir və Sabir qış fasiləsində vətəninə dönəcək. Onun əvəzinə oyunçu alınması isə planlaşdırılmır. Sabiri əvəzləməyə əsas namizəd yay transferi olan argentinalı vinger İvan Korrea sayılır (sport24.az).
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA