Manuel Noyer, Tomas Müller kimi veteran futbolçuları ilə yeni müqaviləni razılaşdıran “Bavariya”da daha bir futbolçunun taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, Bundesliqa çempionu hücumçu Serj Qnabri ilə bağlı eyni addımı atmayacaq.
Çünki tərəflər yeni sözləşmə məsələsində ortaq məxrəcə gələ bilməyib. Almaniya millisinin üzvü illik 20 milyon avro maaş tələb etdiyindən, münhenlilər onunla yeni müqavilə imzalamamaq qərarına gəlib. Rəhbərlik mövsümün sonunda 27 yaşlı futbolçunu satmağı planlaşdırır.
Qeyd edək ki, Serj Qnabrinin “Bavariya” ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”