Fabreqas karyerasını bitirir
25.04.2022 - 11:48
“Monako”nun futbolçusu Sesk Fabreqas karyerasını bitirməyə qərar verib.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi mövsümün sonunda futbolçu karyerası ilə vidalaşacaq.
34 yaşlı ispaniyalı “Monoko”nun ikinci komandasının oyununda zədələnib. Bu üzdən mövsümü başa vuran Fabreqas yayda karyerasına son qoymağı məqsədəuyğun sayıb. İspaniyalı yayda bitəcək müqaviləsinin də uzadılmamasını nəzərə alaraq belə addım atacq.
Qeyd edək ki, Sesk 2019-cu ildə “Çelsi”dən “Monako”ya keçib. Bunadək isə yarımmüdafiəçi “Arsenal” və “Barselona”da oynayıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0