“Barselona”nın yeni prezidenti Joan Laporta gələn mövsümün heyətini formalaşdırmaq üçün indidən hərəkətə gəlib.
Apasport.az saytının məlumatına görə, 2 ulduz futbolçu transfer etməyi planlaşdıran Laporta həmçinin azad agent statusu daşıyacaq oyunçularla da anlaşmaq niyyətindədir.
Onun maraq dairəsində olan futbolçulardan biri də baş məşqçi Ronald Kumanın siyahısında yer alan Corcinyo Veynaldumdur. “Liverpul”la müqavilə müddəti mövsümün sonuna qədər olan yarımmüdafiəçiyə artıq uzunmüddətli müqavilə təklif olunub. 30 yaşlı orta sahə oyunçusu özü də bu keçidə razıdır. Hazırda tərəflər arasında sözləşmənin maddi detalları müzakirə olunur.
Qeyd edək ki, “Barselona” “Mançester Siti”nin müdafiəçisi Erik Qarsiya ilə ilkin razılıq əldə edib. Həmçinin ispanlar İngiltərə klubunun hücumçusu Serxio Aqueronu da yayda havayı heyətinə qatmağa çalışırlar.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə