Linqard “Mançester Yunayted”də qalır
20.12.2021 - 15:33
“Mançester Yunayted”in futbolçusu Cessi Linqard gələcək karyerası ilə bağlı qərarını verib.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Premyer Liqa təmsilçisini tərk etməyəcək.
29 yaşlı futbolçu əsas heyətə düşmək uğrunda mübarizə aparmağa köklənib. “Nyukasl”ın maraq dairəsində olan Linqard heç bir klubun təklifini qəbul etməyəcəyini qətiləşdirib.
Müqaviləsi mövsümün sonunda başa çatacaq Cessi 8 oyun keçirib. Onun hesabında 2 qol var.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0