Luis Suares MLS klubu ilə anlaşdı
26.04.2022 - 17:31
“Atletiko”nun hücumçusu Luis Suares karyerasını ABŞ-da davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, Uruqvay millisinin forvardı “İnter Mayami”yə keçməyə razılıq verib.
35 yaşlı futbolçunun madridlilərlə müqavilə müddəti mövsümün sonuna qədər olduğundan, o, MLS klubuna azad agent kimi keçəcək. Suares əfsanəvi ingiltərəli futbolçu Devid Bekhemin klubu ilə 2 illik sözləşməni razılaşdırıb.
Qeyd edək ki, Luis Suares bu mövsüm “Atletiko”nun heyətində bütün turnirlərdə 41 oyuna çıxıb, 13 qol, 2 assistlə yadda qalıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0