Luis Suaresin Braziliya variantı
21.12.2021 - 15:25
“Atletiko”nun futbolçusu Luis Suaresin karyerasını Braziliyada davam etdirmək variantı yaranıb.
Apasport.az saytının məlumatına görə, uruqvaylı hücumçu “Korintians”ın hədəfindədir.
A seriyası təmsilçisi 34 yaşlı forvarda müqavilə təklif etməyə hazırdır. MLS klublarının da maraq dairəsində olan Suares daha yüksək səviyyədə çıxışını davam etdirmək əzmindədir. O, “Atletiko” ilə müqaviləni uzatmaq arzusunda olsa da, bu məsələ daha çox klubun istəyindən asılıdır.
Qeyd edək ki, müqaviləsi yayda başa çatacaq futbolçu mövsümün 23 matçında 8 qol vurub.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0