“Çelsi”nin futbolçusu Romelu Lukaku “İnter”ə qayıtmaq arzusundadır.
Apasport.az saytının məlumatına görə, belçikalı hücumçu İtaliya klubunun rəhbərliyi ilə danışıqlar aparmaq niyyətindədir.
Lukaku “İnter”in baş direktoru Beppe Marotta ilə görüşməyi planlaşdırır. 28 yaşlı futbolçu qayıdışını onunla müzakirə edəcək.
Lakin yayda böyük maliyyə xərclərinə düşməyi planlaşdırmayan Milan klubu onu ən yaxşı halda icarəyə götürə bilər. Lukaku həm də maaşda ciddi şəkildə güzəştə getməli olacaq. “Çelsi”də ilə bonuslarla birlikdə 13-14 milyon avro qazanan belçikalı İtaliyada bunun təxminən yarısı ilə kifayətlənməlidir.
Qeyd edək ki, ötən ilin yayında “İnter”dən “Çelsi”yə keçən hücumçu 39 matçda 12 qol vurub.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”