UEFA prezidenti Aleksander Çeferinin maaşı artıb.
Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Superliqanın və İspaniya “Real”ının prezidenti Florentino Peresin qitə futbol qurumunun rəhbəri barədə iddiaları haqlı çıxıb.
“Calcio Finanza”nın araşdırmalarına əsasən Çeferinin illik maaşı 450 min avro artıb. Sloveniyalı koronavirus pandemiyasının hökm sürdüyü 2019/20 mövsümündə vergilər çıxılmadan 2,19 milyon avro qazanıb.
UEFA-nın baş katibi Teodor Teodoridisin maaşı 164 min avro yüksəlib. O, ötən mövsüm bonuslar nəzərə alınmadan 1,23 milyon təşkil edib.
Qurumun vitse-prezidenti və İcraiyyə Komitəsi üzvlərinin qazancı isə əks istiqamətdə dəyişib. Vitse-prezident 12,5, komitə üzvləri isə 8 min avro itirib. Bu da onların üçaylıq pandemiya dövründə maaşların 20 faiz azaldılmasına könüllü razılaşması nəticəsində reallaşıb.
- Türkiyə Kubokunda sensasiya – III Liqa klubu “Kayserispor”u darmadağın etdi
- “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu
- Sergen Yalçının zənglərinə cavab verməyən futbolçular – TFF-dən açıqlama
- Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi
- “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir