“Liverpul” Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsinin ilk oyununda “Vilyarreal”ı 2:0 hesabı ilə məğlub edib.
Apasport.az saytının məlumatına görə, qarşılaşma “qırmızılar”ın hücumçusu Sadio Mane üçün əlamətdar olub.
55-ci dəqiqədə oyunda son nöqtəni qoyan seneqallı forvard ÇL-in pley-off mərhələlərində qol sayını 14-ə çatdırıb. Bununla o, afrikalı futbolçular arasında pley-offda ən çox qol vurma rekordunu təkrarlayıb. 30 yaşlı Mane artıq Fil Dişi Sahilinin əfsanəvi futbolçusu Didye Droqba ilə eyni göstəriciyə malikdir.
Qeyd edək ki, “Liverpul”la “Vilyarreal” arasında cavab görüşü mayın 3-də İspaniyada keçiriləcək.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”