İtaliyanın “Yuventus” klubunun prezidenti Andrea Anyelli məhkəməyə verilir.
Apasport.az saytının məlumatına görə, A seriyası klubları Superliqanın təşəbbüskarlarından biri olan funksionerdən məhkəməyə şikayət etməyə hazırlaşır.
Buna səbəb A seriyası ilə “CVC Capital Partners” investisiya fondu arasında əməkdaşlığın baş tutmamasıdır. Fond liqaya 1,2 milyard avro yatırım etməli idi. Amma bunun üçün investorlar müqavilədə bir bəndin olmasını istəyib. Həmin bəndə əsasən çempionatda çıxış edən klublar A seriyasının nüfuzunu təsir edə biləcək hər hansı qitə turnirində oynamamalı idi. Amma danışıqlar zamanı yaradılan xüsusi komissiyada yer alan Anyellinin Superliqa yaratmaq istəyi anlaşmanın reallaşmaması ilə nəticələnib. A seriyasının belə böyük investisiyadan məhrum olmasından narazı qalan klublar da günahkarın cəzalanmasını istəyir.
- “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu
- Sergen Yalçının zənglərinə cavab verməyən futbolçular – TFF-dən açıqlama
- Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi
- “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir
- “Barselona” Ferminin qiymətini müəyyənləşdirdi