Milli assosiasiyalar FİFA-nın üzvlüyündən çıxır
20.10.2021 - 14:38
Avropanın milli assosiasiyaları FİFA-nın dünya çempionatını iki ildən bir keçirmək fikrinə qarşıdır.
Apasport.az saytının məlumatına görə, bəzi qurumlar hətta bununla bağlı sərt tədbirlər görmək fikrindədir.
Belə ki, FİFA-nın ideyası həyata keçiriləcəyi təqdirdə, 10-dan çox milli assosiasiya FİFA-nın üzvlüyündən çıxmağı planlaşdırır.
Qeyd edək ki, FİFA dünya çempionatının iki ildən bir keçirilməri ilə bağlı sənədləri assosiasiyalara göndərib.
0
0