Futzal üzrə Azərbaycan millisi növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, yığmamız Ukrayna millisi ilə ikinci dəfə yoxlama görüşündə üz-üzə gəlib.
FHN-in İdman-sağlamlıq mərkəzində baş tutan qarşılaşmada komandamız yenə 4 top fərqilə uduzub. Yeganə fərq dünənki oyunla müqayisədə Joze Alesio da Silvanın yetirmələrinin bu dəfə qol vurması olub. Təsəlli topuna Qalo imza atıb.
Qeyd edək ki, dünənki matçda Ukrayna 4:0 hesablı qələbə qazanıb.
Yoldaşlıq oyunu
19 dekabr
18:00. Azərbaycan – Ukrayna - 1:5
Qollar: Qalo, 19:40 – Petro Şoturma, 5:39, Qalo, 22:11 (avtoqol), Daniel Abakşin, 23:55, İqor Korsun, 31:55, Aleksandr Pedyaş, 39:00
Baş hakim: Hikmət Qafarlı
FHN-in İdman-sağlamlıq mərkəzi
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA