Millimizə sabiq namizəd 11 ildən sonra qayıdır
25.04.2022 - 09:44
“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin məşqçilik karyerasını bərpa edə bilər.
Apasport.az saytının məlumatına görə, Şotlandiyanın “Hibernian” klubu mütəxəssisin xidmətində maraqlıdır.
Şon Malounini istefaya göndərən klub rəhbərliyi Kini bu vəzifəyə gətirmək niyyətindədir. O, baş məşqçi kimi sonuncu dəfə 2011-ci ildə “İpsviç”də çalışıb. Kinin son iş yeri isə köməkçi kimi çalışdığı “Nottinhem Forest” olub.
Qeyd edək ki, irlandiyalı mütəxəssis 2020-ci ilin yayında Azərbaycan millisinin baş məşqçisi postuna namizəd olub.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0