Millətlər Liqasının qrup mərhələsində Azərbaycan millisinin rəqiblərindən olan Slovakiya yığması baş məşqçi axtarışlarını davam etdirir.
Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Slovakiya Futbol Assosiasiyası bu posta iki namizəd müəyyənləşdirib.
Bunlar hazırkı çalışdırıcı Ştefan Tarkoviç və “Slovan”ın baş məşqçisi Vladimir Veyssdir. Qurum dekabrın 31-nə qədər qərar vermək niyyətindədir. Çünki Tarkoviçin müqavilə müddəti həmin tarixdə başa çatacaq.
Qeyd edək ki, C liqasının III qrupunda yer alan Azərbaycan millisi Slovakiya ilə iyunun 10-da evdə, sentyabrın 22-də isə səfərdə üz-üzə gələcək.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA