Millinin baş məşqçisi koronavirusa yoluxdu - təqdimat mərasimi təxirə salındı
22.12.2021 - 12:45
Uruqvay millisinin yeni baş məşqçisi Dieqo Alonso koronavirusa yoluxub.
Apasport.az saytının məlumatına görə, mütəxəssisin testi müsbət nəticə verib.
Bu üzdən də Alonsonun təqdimat mərasimi təxirə salınıb. Sabah baş tutmalı olan tədbir Montevideoda keçirilməli idi. 46 yaşlı mütəxəssisin təqdimatının yeni tarixi sonra dəqiqləşəcək.
Qeyd edək ki, Alonso dekabrın 14-də bu vəzifəyə təyin olunub.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0