Braziliyalı futbolçu Genilson Ventura Mendes de Oliveyra karyerasını Azərbaycanda davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, bunu “Yuventude”nin sabiq müdafiəçisinin meneceri Renan Vieyra deyib.
Agent “Yuventude”dən yenicə ayrılan 30 yaşlı mərkəz müdafiəçisinin bir neçə variantının olduğunu etiraf edib ki, onlar Azərbaycan, Qazaxıstan, həmçinin Braziliyanın B seriyasıdır: “Xarici bazardan maraq var. Variantları təhlil etmək üçün bəzi təmasları gözləyirik. Genilsonun adı Braziliya B seriyasındakı bəzi klubların da gündəmindədir və onlar futbolçunun xidmətində maraqlıdırlar. Tezliklə yekun qərarımızı verəcəyik”.
Qeyd edək ki, Genilson karyerası ərzində yalnız Braziliyada çıxış edib.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə