Namik “Bursaspor”da bombardir oldu
23.04.2022 - 23:32
Azərbaycan millisinin futbolçusu Namik Ələskərov Türkiyə çempionatında növbəti qolunu vurub.
Apasport.az saytının məlumatına görə, 1-ci liqa təmsilçisi “Bursaspor”un şərəfini qoruyan futbolçu “Dənizlispor”la görüşdə fərqlənib.
Start heyətində meydana çıxan Namik 30-cu dəqiqədə hesabı açıb. Bu qol Bursa təmsilçisinə 1:0 hesablı qələbə qazandırıb. 55-ci dəqiqədə penaltini qaçıran Ələskərov qarşılaşmanın 64-cü dəqiqəsində əvəzlənib.
29-cu matçında 6-cı qolunu vuran hücumçu klubunun ən yaxşı bombaridri olub. O, 5 dəfə fərqlənən belçikalı komanda yoldaşı Massimo Brunonu arxada qoyub.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0