Namik Ələskərovlu “Bursaspor” səfərdən 1 xalla dönür
25.12.2021 - 21:55
Azərbaycan millisinin futbolçusu Namik Ələskərov Türkiyədə növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, 26 yaşlı hücumçunun formasını geyindiyi “Bursaspor” TFF I Liqasında XIX tur matçına çıxıb.
Bursa təmsilçisi səfərdə turnir cədvəlindəki qonşularından olan “Menemenspor”un qonağı olub. Qolsuz bərabərliklə nəticələnən görüşdə həmyerlimiz 90 dəqiqəni əvəz edilmədən keçirib.
Aktivindəki xalların sayını 19-a yüksəldən “Bursaspor” turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0