Namik Ələskərovlu “Bursaspor” böyük fərqlə uduzdu
16.12.2021 - 16:38
Azərbaycan millisinin futbolçusu Namik Ələskərov Türkiyədə növbəti oyununa çıxıb.
Apasport.az saytının məlumatına görə, onun formasını geyindiyi “Bursaspor” TFF I Liqasının XVII turunda “Umraniyespor”un qonağı olub.
26 yaşlı forvardın 90 dəqiqəni əvəz edilmədən keçirdiyi görüşdə bursalılar böyük hesabla məğlub olublar. Ev sahiblərinin 4 qoluna qonaqlar cəmi 1 təsəlli topu ilə cavab verib – 4:1.
Bu qələbə ilə “Umraniyespor” 33 xalla liderliyi ələ keçiribsə, “Bursaspor” aktivində 18 xalla 15-ci pillədə qərarlaşıb.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0