Növbəti müqavilə - “Mançester Siti”də
10.08.2021 - 11:17
“Aston Villa”dan Cek Qrilişi transfer edən “Mançester Siti”də daha bir müqavilə imzalanıb.
Apasport.az saytının məlumatına görə, “şəhərlilər” bu dəfə öz oyunçuları Con Stounzla yeni sözləşmə bağlayıb.
Mərkəz müdafiəçisi gələn ilin yayına qədər olan anlaşma müddətini daha 4 il uzadıb. 27 yaşlı futbolçunun həftəlik maaşı isə 250 min funt-sterlinq təşkil edəcək.
Qeyd edək ki, Con Stounz 2016-cı ildən “Mançester Siti”də çıxış edir.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0