Braziliya millisinin lideri Neymar Tokio-2020 Yay Olimpiya Oyunlarına qatıla bilər.
Apasport.az saytının məlumatına görə, bunu “pentakampeonlar”ın baş məşqçisi Andre Jardim deyib.
Çalışdırıcı bildirib ki, 23 iyul – 8 avqust aralığında baş tutacaq Olimpiadaya PSJ-nin forvardını dəvət etməyi planlaşdırır: “Neymar mənim planımdadır. Güclü komanda qurmağı səbirsizliklə gözləyirəm. Neymar ən yaxşı braziliyalı futbolçudur, karyerasının zirvəsindədir. Görək, yayda nə olacaq”.
Qeyd edək ki, Braziliya millisi Tokio-2020-də Almaniya, Fil Dişi Sahili və Səudiyyə Ərəbistanı ilə eyni qrupda yer alacaq.
- “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu
- Sergen Yalçının zənglərinə cavab verməyən futbolçular – TFF-dən açıqlama
- Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi
- “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir
- “Barselona” Ferminin qiymətini müəyyənləşdirdi