Fransa yığmasının və PSJ-nin futbolçusu Killian Mbappe Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına qatılmamağa qərar verib.
Apasport.az saytının məlumatına görə, ulduz hücumçunun yarışa yollanmaqdan imtinası koronavirus pandemiyası üzündən AVRO-2020 və Tokio-2020-nin təxirə salınması ilə bağlıdır.
Mbappe Fransa yığması ilə ötən il təşkil olunacaq hər iki turnirə qatılmağı planlaşdırırdı. Lakin yarışların bu ilə təxirə salınması onun planlarına təsir edib. Mbappe AVRO-2020-dən sonra Olimpiada deyil, gələcək karyerası barədə düşünməyə üstünlük verib. O, PSJ-də qalacağı, yoxsa Avropa nəhənglərindən birinə keçəcəyi ilə bağlı qərar verəcəyi vaxt Tokio-2020 barədə düşünmək istəməyib.
Qeyd edək ki, AVRO-2020 iyunun 11-dən iyulun 11-dək, Tokio-2020 isə iyulun 21-dən avqustun 7-dək keçiriləcək.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə