Onun üçün 2022-ci il bitdi
27.04.2022 - 15:01
“Sauthempton” müdafiəçisi Valentino Livramentonu uzun müddətə itirib.
Apasport.az saytının məlumatına görə, 20 yaşlı futbolçu nəinki mövsümün, hətta 2022-ci ilin qalan oyunlarında meydana çıxa bilməyəcək.
İngiltərənin gənclər millisinin cinah müdafiəçisi sol dizindəki zədə səbəbindən əməliyyat olunub. Livramento ən azı gələn ilin yanvarına qədər yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Valentino Livramento bu mövsüm Premyer Liqada 28 oyuna çıxıb, 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0